Gürcüstandan havaya qalxan və göyərtəsində iki nəfərin olduğu bildirilən təyyarə Rizenin Çayeli rayonu sahillərində dənizə təcili eniş edib.
Milli.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisədən sonra əraziyə Sahil Mühafizəsi qrupları göndərilib.
Təyyarədə olan iki nəfərə çatmaq üçün dənizdə qruplar tərəfində axtarış əməliyyatı aparılıb. Türkiyə Daxili İşlər Nazirliyi dənizə təcili eniş edən təyyarədə olan iki nəfərin xilas edildiyini açıqlayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)