Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq

9 Sentyabr 2026 15:20

Xəbər verdiyimiz kimi, Xalq artisti Məleykə Əsədovanın qızı Gülər magistraturaya qəbul olub. 

Milli.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, aktrisanın övladı Çində təhsilini davam etdirməyi seçib.

M.Əsədova bununla bağlı hazırda Çinə yollanıb. O, qızının Quançjou şəhərində oxuyacağını bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)