Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi

9 Sentyabr 2026 19:53

Dünyanın ən quraq səhralarından biri hesab olunan Atakamada nadir təbiət hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, səhranın bəzi ərazilərində çiçəklər açıb.

Qeyd olunur ki, Atakama səhrasında ayrı-ayrı illərdə yağan qeyri-adi yağışlar yerli bitki növlərinin cücərməsinə şərait yaradır. Nəticədə geniş ərazilər rəngarəng çiçəklərlə örtülür.

Mütəxəssislərin məlumatına görə, bu il müşahidə olunan çiçəklənmə rütubət və temperatur şəraiti əlverişli olaraq qalacağı təqdirdə, qarşıdakı həftələrdə daha da genişlənə bilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)