Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək

9 Sentyabr 2026 14:23

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq.

Milli.Az xəbər verir ki, qonşu ölkəyə 20 vaqon arpa və 21 vaqon buğda göndəriləcək.

Yük qatarı sabah "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)