Nikolas Keycin evi çökdü - (Foto)

9 Sentyabr 2026 12:05

Aktyor Nikolas Keycin Malibudakı malikanəsinin ərazisində nəhəng çökəklik yaranıb. 

Milli.Az olay.az-a istinadən xəbər verir ki, nəticədə evə aparan giriş yolu çökərək çuxura düşüb.

Hadisə yerindən çəkilən fotolarda çuxurun içində tikinti üçün istifadə olunan biotualetlər və hasarın bəzi hissələrinin olduğu görünür.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)