Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanılıb.
Milli.Az xəbər verir ki, hadisə Sabirabad rayonunun Narlıq kəndi ərazisində baş verib.
Polis əməkdaşlarının keçirdiyi araşdırmalar nəticəsində yanğının kənd sakini H. Şükürov tərəfindən qəsdən törədildiyi müəyyənləşdirilib.
Hadisə nəticəsində təxminən 1 hektar ərazidə quru otlaq sahəsi yanıb.
Faktla bağlı H. Şükürov barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülüb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)