İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş

9 Sentyabr 2026 11:20

Xəbər verdiyimiz kimi, "Şəki yaylası" istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.

Milli.Az-ın mia.az-a istinadən məlumatına görə, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur "Qurtuluş-93" yaşayış kompleksinin və Novxanıdakı "My Beach" istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.

Qeyd edək ki, "Şəki yaylası"nda baş verən faciədə Qax rayon Zərnə kənd sakini Coşqun Məmmədov və onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramov həlak olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)