2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi yenidən başlayır.
Milli.Az APA-ya istinadən xəbər verir ki, proses sentyabrın 10-da saat 15:00-dan etibarən bərpa olunacaq.
Qəbul prosesi myGov portalı üzərindən elektron qaydada həyata keçiriləcək.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemi üzrə növbə yaradılarkən bir uşaq üçün ən çox üç müəssisə seçmək mümkündür.
Mövcud növbələrdə boş yer yarandığı halda sorğunun növbəyə çevrilməsi prosesi minimum beş gün sonra həyata keçiriləcək.
Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il ərzində davam etdiriləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)