Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir

13 Sentyabr 2026 13:39

Yaşlanmamaq məqsədilə müxtəlif təcrübələri ilə tanınan milyarder Bryan Conson bu dəfə itinin uzunömürlülüyünü artırmaq üçün hərəkətə keçib.

Milli.Az xəbər verir ki, milyarder sahibləndiyi mühafizə itinə uzunömürlülük məqsədilə müxtəlif terapiyalar tətbiq etməyi planlaşdırır.

Bryan Consonun fikrincə, itlər və insanlar bir sıra xəstəliklər və bioloji proseslər baxımından oxşar xüsusiyyətlərə malikdir. Bu səbəbdən onun sözlərinə görə, itlər üzərində aparılacaq uzunömürlülük araşdırmaları gələcəkdə insanlarda yaşlanmanın qarşısının alınması istiqamətindəki tədqiqatlara da töhfə verə bilər.

Qeyd edək ki, Bryan Conson yaşlanmanı ləngitmək və bioloji yaşını azaltmaq məqsədilə apardığı qeyri-adi proqramlarla dünya mediasının diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)