"Sabah" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Milli.Az-a bildirilib ki, braziliyalı hücumçu Karlos Eduardo transfer olunub.
24 yaşlı futbolçu Portuqaliyanın "Jil Visente" klubundan 1 illik icarəyə götürülüb. Müqavilədə satınalma şərti də nəzərdə tutulub.
Qeyd edək ki, Karlos Eduardo karyerası ərzində Braziliyanın "Bruske" (2020), Portuqaliyanın "Nasional" (U-19, 2020-2021), "Maritimu"nun B və əsas komandalarında (2021-2024), həmçinin "Felqeyraş"da (2024-2025) çıxış edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)