Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)

9 Sentyabr 2026 11:11

Meyxanaçı Namiq Qaraçuxurlu paytaxt restoranlarından birində səhnəyə çıxaraq konsert proqramı təqdim edib.

Milli.Az xəbər verir ki, sənətçi gecə ərzində repertuarında yer alan mahnıları canlı şəkildə ifa edib. Onun çıxışından görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra müxtəlif reaksiyalarla qarşılaşıb.

İzləyicilər Namiq Qaraçuxurlunun performansı barədə fərqli fikirlər bildiriblər. Bəzi istifadəçilər canlı ifanı bəyəndiklərini qeyd etsələr də, digərləri sənətçinin çıxışını gözləntilərini qarşılamayan formada qiymətləndiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)