"Real Madrid"ın türkiyəli futbolçusu Arda Güler UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün kəşfi mükafatına layiq görülüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mükafat yarımmüdafiəçiyə "Real Madrid" - "İnter" qarşılaşmasından əvvəl təqdim olunub.
Tədbirdə Arda Gülerə mükafatı Portuqaliya futbolunun əfsanəsi Luiş Fiqu təqdim edib.
Qeyd edək ki, türkiyəli futbolçu qırmızı vərəqə səbəbindən "İnter"lə keçirilən matçın iştirak ərizəsinə daxil edilməyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)