Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə

9 Sentyabr 2026 09:30

"Qarabağ"dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçən Abdullah Zubirin yeni komandasında çıxış etməsi mümkün olmayacaq.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Əl-Uruba" 34 yaşlı futbolçunun müqaviləsini Səudiyyə Ərəbistanı Liqasında qeydiyyatdan keçirə bilməyib.

Buna səbəb klubun maliyyə təminatının Liqanın müəyyən etdiyi tələblərə uyğun gəlməməsidir.

Qeyd edək ki, Abdullah Zubir 8 il ərzində "Qarabağ"ın formasını geyinib. Fransalı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində keçirdiyi 379 matçda 79 qol və 96 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsüm "Qarabağ"la birlikdə Çempionlar Liqasında da mübarizə aparıb.

Beləliklə, hazırda azad agent statusunda olan Abdullah Zubir karyerasını başqa klubda davam etdirmək imkanına malikdir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)