Dünya bazarında neftin qiyməti yüksəlməkdə davam edir.
Milli.Az xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,40 dollar və ya 1,43% artaraq 99,32 dollara çatıb.
"WTI" markalı neftin oktyabr fyuçersləri isə 1,17 dollar və ya 1,28% bahalaşaraq bir barel üçün 94,20 dollar təşkil edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)