Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)

8 Sentyabr 2026 23:03

Bakının Xətai rayonu, Gəncə prospektində yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, ilkin məlumata görə, yanğın bölgədə yerləşən transformatorda qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

----------
Bakının Xətai rayonu ərazisində yanğın qeydə alınıb.

Milli.Az xəbər verir ki, ərazidə yerləşən "Fəridə" restoranına məxsus transformator yanır.

Hazırda əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi üçün işlər görülür. (Bizim.Media)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)