Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)

8 Sentyabr 2026 20:55

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın tam söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

-----------
Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə hadisə barədə ilkin məlumat daxil olub:

"Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)