Türkiyəli müğənni Murat Dalkılıç keçirdiyi 13 burun əməliyyatı barədə danışıb.
Milli.Az xəbər verir ki, ifaçı "Bambaşka sohbetler" proqramında 7 yaşından bəri əməliyyat masasına yatdığını bildirib:
"7 yaşımdan əməliyyat olunuram. 7 yaşımdan bəri bununla davamlı mübarizə aparıram. 13 əməliyyat keçirmişəm. Amma arada xırda əməliyyatlar da olduğuna görə sayı daha çox ola bilər.
3 ildən sonra ilk dəfə, təxminən 6 aydır ki, nəfəs ala bilirəm. Amma belə bir vəziyyət var. Bu cür əməliyyatlardan sonra normal prosesdir, burunun daxilindəki selikli qişa şişir və insan nəfəs ala bilmir. 6-7 aydan sonra sağalmağa başlayır. Tam sağalma mərhələsinə keçəndə isə mən yenidən əməliyyat olunmalı oluram.
Səhnəyə çıxa bilirəm. Burnumun nə vaxt sağalacağını bilmirəm, hətta sağalıb-sağalmayacağını da bilmirəm. Həkimim də bunu bilmir. Amma bu müddətdə psixi vəziyyətimi sabit saxlamaq üçün işləməkdən başqa çarəm yoxdur".
Murad deyib ki, 14-cü dəfə də bıçaq altına yatacaq. (axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)