Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan küsdüyünü açıqlayıb.
Milli.Az xəbər verir ki, aparıcı bu barədə proqramında danışıb. Elgiz Mehriban Xanlarovanın ailəsində yaşanan hadisə zamanı onun yanında olduğunu, lakin anası vəfat edəndə aktrisanın ona başsağlığı vermədiyini deyib:
"Onun ailəsində hadisə baş verdi, onun yanında oldum. Amma mənim anam rəhmətə getdi, Mehriban başsağlığı vermədi. Quruca zəng də vurmadı. Dostumsan, neçə ildir münasibətimiz var. Xeyir işə gəlməyə bilərsən, normaldır. Amma yas elədir ki, gözləyirsən.
Qardaşının yası olandan sonra onu görməmişəm. Düşündüm ki, məni axtarar". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)