"Şəki Yaylası" istirahət mərkəzində ölənlərin adları bilindi - Yenilənib - (Video)

8 Sentyabr 2026 19:24

"Şəki Yaylası" istirahət mərkəzində faciəli şəkildə ölənlərin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, həlak olanların Qax rayon sakini, 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.

İlkin məlumata görə, faciə Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində qurğunun trosunun qırılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

-----------

Şəki rayonundakı "Şəki Yaylası" istirahət mərkəzindən sentyabrın 8-i saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Bu barədə "Report"un Şimal-qərb bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Vurğulanıb ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat qırılıb. Nəticədə 2 nəfər yüksəklikdən düşərək həyatını itirib. Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur. Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.

-------------

"Şəki yaylası"nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

Əsəbi zəif olanlar izləməsinlər:

İlkin məlumata görə, hadisə bu gün baş verib.

Hadisənin təfərrüatı və ölən şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)