Naxçıvandakı pensiyaçılara şad xəbər

8 Sentyabr 2026 17:13

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiya ödənişi başa çatdırılıb.

Bu barədə Milli.Az-a ƏƏSMN-dən məlumat verilib.

Qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)