Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi

8 Sentyabr 2026 15:24

Sosial mediada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan saxlanılıb.

Milli.Az xəbər verir ki, sosial media fenomeni Çağla Özlə toyunda ona təqdim etdiyi qızıl zinət əşyaları ilə gündəmə gələn Tançalan Vanın Muradiye rayonundakı evində tutulub.

Belə ki, ötən həftə keçirilən toy mərasimində gəlinin başdan-ayağa qızılla bəzədilməsi böyük diqqət çəkib.

Bundan sonra Van Vilayət Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin əməkdaşları Tançalanı saxlayıb.

Hazırda onun sosial mediada yayılan görüntüləri, həmçinin toy mərasimində aldığı iddia edilən külli miqdarda qızıl barədə maliyyə araşdırması aparılır.

İlkin araşdırma zamanı Tançalanın daha 25 cinayət qeydinin olduğu müəyyən edilib.

Şübhəlinin polis bölməsində dindirilməsi davam edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)