Macarıstan 10 rus diplomatını ölkədən çıxarır

8 Sentyabr 2026 14:42

Macarıstan 10 rus diplomatını ölkədən çıxarır. 

Milli.Az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban özünün "Facebook" səhifəsində məlumat verib. 

Onun sözlərinə görə, Rusiyanın Budapeştdəki səfirinə məlumat verilib ki, rusiyalı diplomatlar ölkə ərazisində Vyana Konvensiyası ilə müəyyən edilmiş statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğuldurlar. Orban aydınlıq gətirib ki, onlardan Macarıstanı tərk etmələri tələb olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)