“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı - (Foto)

8 Sentyabr 2026 13:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda keçiriləcək "Mançester Yunayted" - "Sabah" qarşılaşmasının hakimləri müəyyənləşib.

Milli.Az xəbər verir ki, İngiltərədə baş tutacaq görüşün baş hakimi fransalı FIFA referisi Villi Delajo olacaq.

Villi Delajoya həmyerliləri Ervan Finjean və Valentin Evrard kömək edəcəklər. Matye Vernis isə qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR sisteminə Jerom Brizar nəzarət edəcək. AVAR vəzifəsini isə serbiyalı Momçilo Markoviç icra edəcək.

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" oyunu sentyabrın 10-da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)