Bu ölkədə məktəblərdə hicab qadağa olundu

8 Sentyabr 2026 12:48

Avstriyada yeni tədris ilindən 14 yaşdan kiçik qız şagirdlərə hicab taxmaq qadağan edilib.

Milli.Az xəbər verir ki, yeni qayda həm dövlət, həm də özəl məktəblərə şamil olunur.

Hökumət qərarı uşaqların müdafiəsi və gender bərabərliyi ilə əsaslandırıb.

Qaydanı pozan valideynlər 800 avroyadək cərimələnə bilər. Qərar ölkədə etirazlara səbəb olub. Qeyd edək ki, Konstitusiya Məhkəməsi 2020-ci ildə ibtidai məktəblərdə oxşar qadağanı ləğv etmişdi.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)