2026-cı ilin yay mövsümündə Azərbaycanın hava məkanında hava hərəkətinin həcmi artıb. İyun-avqust aylarında "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən ümumilikdə 102, 130 uçuşa aeronaviqasiya xidməti göstərilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb.
Hava hərəkətinin həcmi yay ayları ərzində ardıcıl şəkildə yüksəlib. AZANS tərəfindən iyun ayında 32, 430, iyulda 34, 322, avqustda isə 35, 378 uçuşa aeronaviqasiya xidməti göstərilib.
Beləliklə, avqust hava hərəkəti baxımından yay mövsümünün ən intensiv ayı olub.
Tranzit uçuşların sayında daha yüksək artım qeydə alınıb. İyun-avqust aylarında Azərbaycanın hava məkanından78, 749 tranzit uçuş həyata keçirilib. Bu göstərici ötən ilineyni dövrü ilə müqayisədə 14,5% artıb.
Yay mövsümünün ən yüksək sutkalıq hava hərəkəti 23 avqustda qeydə alınıb. Həmin gün Azərbaycanın havaməkanında 1, 210 uçuşa aeronaviqasiya xidməti göstərilib.
Tranzit uçuşlar üzrə mövsümün pik göstəricisi isə 22 avqustda qeydə alınıb. Bir gün ərzində Azərbaycanın havaməkanından 920 tranzit uçuş həyata keçirilib. Bu göstərici2025-ci ilin yay mövsümündə qeydə alınmış maksimumsəviyyədən 13,4% yüksəkdir.
Qeyd edək ki, tranzit uçuşlarda qeydə alınan ikirəqəmliartım Azərbaycanın hava məkanının beynəlxalq havahərəkətindəki əhəmiyyətini və artan trafik şəraitindəaeronaviqasiya xidmətlərinin rolunu ön plana çıxarır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)