Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad edilib.
Bu barədə qərar Azərbaycan Respublikasının Baş naziri, AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin sədrinin təqdimatına əsasən qəbul olunub.
Qərara əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifələrinin icrası müvəqqəti olaraq Baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə edilib.
Qərardan irəli gələn məsələlərlə bağlı AİH-in İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)