Polşada hava limanı qəfil bağlandı

8 Sentyabr 2026 10:46

Polşanın Lyublin Beynəlxalq Hava Limanı hərbçilərin tələbi ilə mülki təyyarələr üçün müvəqqəti bağlanıb.

Məlumata görə, buna səbəb milli təhlükəsizliklə əlaqədar planlaşdırılmamış hərbi fəaliyyət olub. Lakin sözügedən fəaliyyətin konkret olaraq nə ilə bağlı olduğu açıqlanmayıb.

Lyublin hava limanı Ukrayna sərhədindən təxminən 90 kilometr məsafədə yerləşir. Polşada oxşar məhdudiyyətlər əvvəllər də Ukraynaya endirilən zərbələr fonunda hərbi aviasiyanın fəaliyyətini təmin etmək məqsədilə tətbiq edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)