Məscidə gedən Əkbər Əlizadə cərimələndi

8 Sentyabr 2026 10:39

Aktyor, televiziya aparıcısı, Əməkdar artist Əkbər Əlizadə ibadət üçün məscidə gedən zaman cərimələnib.

Milli.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"Bibiheybət məscidinə gəlib, dua etməklə cərimə olundum. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır. Diqqətli olun. AYNA, Camaatın narazılıqlarını nəzərə alın", - aktyor bildirib.

Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov isə "Bakupost"a bildirib ki, sözügedən cərimə AYNA tərəfindən tətbiq olunmayıb: "Cərimə bizə aid deyil".

Milli.Az