Rusiyanın əməkdar artisti, tanınmış aktrisa Nina Popova dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, aktrisanın vəfat etdiyi barədə məlumat sentyabrın 7-də yayılıb.

Bildirilir ki, sənətçinin həmin gün teatr truppasının toplantısında iştirakı planlaşdırılıb.
Maraqlıdır ki, həmkarları onun toplantıya gələcəyini gözləyib və bu münasibətlə güllər də hazırlayıblar. Lakin görüş başlamamışdan əvvəl Nina Popovanın vəfat etdiyi xəbəri onlara çatıb.
Aktrisanın ölüm səbəbi ilə bağlı məlumat verilməyib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)