Qazaxıstanın Qızılorda şəhərində yerləşən neft emalı zavodlarından birində yanğın qeydə alınıb.
Milli.Az xəbər verir ki, hadisə zamanı hər birinin tutumu 60 ton olan iki rezervuarda yanğın baş verib. Əraziyə gələn yanğınsöndürənlər alovun digər üç rezervuara da keçə biləcəyi təhlükəsini müəyyən ediblər.
Xüsusi texnikaların köməyi ilə yanğının qarşısı qısa müddətdə alınıb. Nəticədə alovun digər rezervuarlara yayılmasına imkan verilməyib. Söndürmə işlərinə yanğınsöndürmə qatarı da cəlb olunub.
Yanğın ümumilikdə 200 kvadratmetr sahəni əhatə edib və tamamilə söndürülüb.
Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)