Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də qeydə alınıb.
Belə ki, Seymur Kərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Beyləqan şəhəri ərazisində hərəkətdə olarkən Rəhim Süleymanovun idarə etdiyi "Ford Transit" markalı avtomobillə toqquşub.
Nəticədə S.Kərimov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)