Qrizmannın ABŞ-də çətin anları: Yaş dəsmal, soyuq kompres...

8 Sentyabr 2026 09:45

Fransalı futbolçu Antuan Qrizmann MLS-də "San-Dieqo" ilə qarşılaşmada çətin anlar yaşayıb.

Milli.Az-ın xarici mediaya istinadən məlumatına görə, Florida ştatının Orlando şəhərində keçirilən görüşdə hava şəraiti futbolçular üçün kifayət qədər ağır olub. Qarşılaşma 29-30°C temperatur və təxminən 74-80 faiz rütubət şəraitində baş tutub.

İlk hissədəki su fasiləsi zamanı Antuan Qrizmannın vəziyyəti diqqət çəkib. Futbolçu ağır nəfəs alıb və xeyli yorğun görünüb. Tibbi heyət ona yaş dəsmal təqdim edib. Qrizmann dəsmalı başına qoyub, boynuna isə buz bağlayıb.

Futbolçunun həmin anlarını əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Buna baxmayaraq, Antuan Qrizmann qarşılaşmanın yeganə qolunu vuraraq komandasına qələbə qazandırıb. Bu qol onun MLS-də keçirdiyi səkkiz oyunda beşinci dəfə fərqlənməsi olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)