Xüsusi gözəlliyi ilə uşaqlıq illərindən sosial şəbəkələrdə tanınan azərbaycanlı bloqer Banu Murad illər sonra yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə Banu Muradın uşaqlıq və illər sonrakı görüntülərinin yer aldığı paylaşım yayılıb.
Kadrlarda balaca yaşlarından diqqət çəkən Banu Muradın əvvəlki görüntüləri nümayiş etdirilib. Onun illər ərzində xarici görünüşündə baş verən dəyişiklik izləyicilərin marağına səbəb olub.
Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və Banu Muradın illər əvvəlki görüntüləri müzakirə olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)