Otel otaqlarında ən çox unudulan əşya məlum oldu

8 Sentyabr 2026 05:05

Demək olar ki, hər ay yeni bir oteldə oyanan bir səyahət jurnalisti olsanız belə, o otaqdan tamamilə əskiksiz çıxmaq demək olar ki, imkansızdır. Çarpayı örtüklərinə dolaşmış bir qulaqlıq, əlüzyuyanın kənarında unudulmuş diş fırçası və ya xalatın cibində sıxılıb qalan kiçik şəxsi əşya.

Bəs otel əməkdaşlarının təmizlik zamanı ən çox nə ilə qarşılaşdığını bilirsinizmi? "HuffPost" otel heyəti ilə həmsöhbət olaraq qonaqların otaqlarda ən tez-tez unutduğu əşyanı açıqlayıb.

Milli.Az xəbər verir ki, itirilmiş əşyalar qutusunun çempionu heç şübhəsiz ki, zaryadka kabelləri və adapterlərdir. Otel meneceri Kit Şuinard zaryadka cihazlarının tumbanın arxasında və ya masanın altında sakitcə öz funksiyasını yerinə yetirdiyini, lakin oteldən çıxış günü gəldikdə kolleksiyalarının ən yeni üzvünə çevrildiyini bildirir. Qara və ya ağ zaryadka kabelləri otel mebelləri, tünd rəngli döşəmələr və çarpayı örtükləri arasında adətən kamuflyaj olunur.

Otağınızdan ayrılmazdan əvvəl mütləq son bir "yoxlama turu" edin. Xüsusilə tumba və çalışma masasının arxasındakı boşluqlara diqqətlə baxın. Zaryadka kabeliniz çıraqların və ya televizorun öz kabelləri ilə qarışmış ola bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)