Futbol dünyasının iki əfsanəsi Kristiano Ronaldo və Lionel Messi eyni komandada oynayacaq.
Milli.Az xəbər verir ki, Karlos Tevez 2026-cı ilin dekabrında "La Bombonera"da keçiriləcək vida matçında Kristiano Ronaldo və Lionel Messinin eyni komandada forma geyinəcəyini açıqlayıb.
Argentina futbolunun unudulmaz simalarından olan Karlos Tevez futbol karyerasına nöqtə qoyacağı vida matçında dövrün ən böyük iki əfsanəsi Kristiano Ronaldo və Lionel Messinin eyni komandada forma geyinəcəyini açıqlayıb. Tevez deyib:
"Kristiano və Leonun bir komandada oynamasını görmək həmişə mənim xəyalım olub. Onlar indiyə qədər gəlmiş ən böyük iki oyunçudur. Onlarla, xüsusilə də Kristiano ilə əlaqə saxladım. Ona dedim ki: 'Kristiano, vida matçımda sən və Leo eyni tərəfdə olun. Dünyaya o sehri bir daha göstərin.' O da orada olacağını bildirdi. Leonu inandırmaq da çətin olmadı. İkisi də mənə yaşıl işıq yandı. Səbirsizliklə gözləyirəm. Bu matç çox emosional olacaq."
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)