Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, 2 "Toyota", "Kia", "Hyundai" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)