Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb

7 Sentyabr 2026 21:28

Azərbaycan vətəndaşı Hafiz Süleymanov Gürcüstanda itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Acarıstanın "Batumelebi" nəşri yazıb.

Qohumu nəşrə bildirib ki, Hafiz Süleymanov quru sərhədlə Türkiyədən Gürcüstana keçib və avqustun 28-dən etibarən onunla əlaqə saxlamaq mümkün deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyindən "Batumelebi" nəşrinə bildirilib ki, itkin düşmüş Azərbaycan vətəndaşı ilə bağlı axtarış tədbirləri həyata keçirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)