Məşhur "Şəmkir" mahnısı üçün halallıq alındı - VİDEO - FOTO
27 Avqust 2012 01:30
Milli.Az xəbər verir ki, solistləri istedadlı müğənnilər - Arzuxan, Cahid və Dadaş olan "Cahan qrupu"nun üzvləri məşhur "Şəmkir" mahnısına ekran həyatı veriblər. Qrupun prodüseri Vüsal Zeynalovverdiyi açıqlamasında gördükləri işlər barəsində bunları söylədi:
"Sözləri Şahin Nəcəfov, musiqisi Cabbar Musayevə məxsus olan "Şəmkir" mahnısı ilk dəfə Elxan Şirinov tərəfindən oxunub. Mahnını ikinci dəfə Könül Kərimova, ən son isə "Cahan qrupu"nun üzvləri oxudular. Rejisor Azər Hüseynovun ekranlaşdırdığı klipin çəkilişi elə Elxan müəllimin xeyir-duası ilə başlayıb. Çəkilişlər bütünlüklə Şəmkirdə baş tutub. Əslində, elə yerli sakinlərin xahişi ilə bu mahnını repertuara daxil etdik. Orijinallığı qoruyub saxlamaqla mükəmməl aranjeman etdiyinə görə Rəşad Bağırova təşəkkürümüzü bildiririk. Onu da bildirim ki, klipin operatorları Rasif Əhədovla Rövşən M-dir".
Milli.Az olaraq Azərbaycanın bu dilbər guşəsinin gəzməli-görməli məkanlarını özündə əks etdirən klipi oxucularımıza təqdim edirik.
Şahin Cavadsoy
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


