Bakının bəzi ərazilərində qaz olmayacaq - Yenilənib

8 Sentyabr 2026 00:13

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

----------

Yevlax və Bərdə rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az  xəbər verir ki, bu barədə Tərtər Rayon Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksəktəzyiqli magistral qaz kəmərlərinə yeni çəkilmiş kəmərin qoşulması ilə əlaqədar sentyabrın 8-də saat 07:00-dan sentyabrın 10-da işlər başa çatanadək Yevlax rayonunun bir sıra kəndlərinin və Bərdə rayonunun Samux kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)