Misirli futbolçu Məhəmməd Salah Türkiyənin "Trabzonspor" klubunda rekorda imza atıb.
Milli.Az report-a istinadən xəbər verir ki, təcrübəli hücumçu buna "Gənclərbirliyi"ni 5:0 hesabı ilə məğlub etdikləri IV turun oyununda fərqlənməklə nail olub.
O, Qara dəniz təmsilçisində Superliqada start heyətində meydana çıxdığı ilk üç oyunda 4 qol vuran ilk əcnəbi oyunçudur.
Xatırladaq ki, M.Salah yay transfer dönəmində "Trabzonspor"a keçib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)