Xırdalanda binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - (Video)

7 Sentyabr 2026 18:13

Xırdalanda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb. 

Qadının xəsarət aldığı bildirilir.

Hadisə ilə bağlı TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 1978-ci il təvəllüdlü şəxsə (qadın) yerində tibbi xidmət göstərilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)