Aparıcı Zaur Baxşəliyev gülüş doğuran paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, müğənni Şəbnəm Tovuzlunun "Təyyarəyə minəndə dəmirim düşür" sözlərinə cavab olaraq təyyarədə video çəkərək onu lağa qoyub.
Zaur paylaşımında sənətçinin bu ifadəsini yumorla ələ salaraq ona cavab verib. Tele-aparıcının görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Paylaşım qısa zamanda müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Zaur Baxşəliyevin Şəbnəm Tovuzlunun sözlərinə verdiyi reaksiyanı şərh ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)