Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycanın Xalq artisti, professor Mobil Əhmədovun əziz xatirəsinə və anadan olmasının 95 illiyinə həsr olunmuş 10 sentyabrda "Ustadımın yolu ilə" adlı konsert proqramı təqdim olunacaq.
Konsert proqramının müəllifi və ifaçısı Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış opera ifaçısı Ramil Qasımovdur.
Proqramda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının simfonik orkestri, xor kollektivi və solistləri çıxış edəcəklər. Konsertin dirijoru Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.
Konsert proqramında Azərbaycan professional musiqi sənətinin görkəmli nümayəndələrinin - Hacı Xanməmmədov, Rauf Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlov, Səid Rüstəmov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Oqtay Kazımi və Cahangir Cahangirovun əsərləri səsləndiriləcək.
"Müəllimimin yolu ilə" konsert proqramı görkəmli sənətkar, pedaqoq və professor Mobil Əhmədovun zəngin irsinə ehtiramın ifadəsi olmaqla yanaşı, onun sənət yolunun və musiqi ənənələrinin davamlılığını nümayiş etdirəcək.
Proqram Azərbaycan musiqi mədəniyyətinin dəyərli irsini yaşadan vokal, simfonik və xor ifalarının vəhdətində tamaşaçılara təqdim olunacaq.
Biletlər əldə etmək üçün https://iticket.az/events/concerts/following-my-masters-path
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az