Dünyanın ən gözəl qızı seçildi - (Fotolar)

7 Sentyabr 2026 15:34

"Miss World 2026" beynəlxalq gözəllik müsabiqəsinin qalibi müəyyənləşib.

Milli.Az xəbər verir ki, Vyetnamın kurort şəhəri Nyaçanqda baş tutan finalda 111 ölkədən olan gözəllik iştirakçıları mübarizə aparıb. Nəticədə Dominikan Respublikasını təmsil edən 24 yaşlı Coheirry Mola Dominquez əsas titulun sahibi olub.

Joheirry Mola Dominquez müsabiqədə yalnız xarici görünüşü ilə deyil, sosial layihələri ilə də diqqət çəkib.

Finalın yekun nəticələrinə əsasən, İspaniyanın nümayəndəsi ikinci, Malayziyanı təmsil edən iştirakçı isə üçüncü olub.

Dominikan Respublikasının əldə etdiyi bu uğur ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Coheirry Mola Dominquezin qələbəsi Dominikan Respublikasına 44 ildən sonra ikinci dəfə "Miss World" tacını qazandırıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)