Türkiyəli fenomen Çağla Öz və Kara Haydarın toyu dəbdəbəsi ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, aşirət toyunda bəy tərəfinin gəlinə hədiyyə etdiyi kiloqramlarla qızıl mərasimə qatılanların diqqətini çəkib. Toyda azərbaycanlı bloqerlər Arifə və Fidan da iştirak ediblər.
Mərasim zamanı Çağla Özə çoxsaylı qızıl bilərziklər taxılıb. Lakin onların sayı o qədər çox olub ki, gəlinin qollarına yerləşməyib.
Bunun ardınca bilərzikləri gəlinə təqdim etmək üçün fərqli üsuldan istifadə olunub. Qollarına sığmayan qızıl bilərziklər qalın qızıl zəncirə düzülərək Çağla Özün boynundan asılıb.
Toydan yayılan görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub və istifadəçilər arasında geniş müzakirə edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)