Ağdamın "Qarabağ" klubu ilə yollarını ayırmağa hazırlaşan polşalı qapıçı Mateuş Koxalskinin karyerasını davam etdirəcəyi komanda müəyyənləşib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qolkiper vətəninə qayıdaraq Krakovun "Vyeçista" klubu ilə razılığa gəlib.
Keçidin reallaşması nəticəsində Azərbaycan çempionunun büdcəsinə təxminən 500 min avro daxil olacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ" 2024-cü ilin yay transfer pəncərəsində Mateuş Koxalskini heyətinə cəlb etmək üçün təxminən 1 milyon avro ödəyib.
Polşalı qapıçı Ağdam təmsilçisinin formasında keçirdiyi müddət ərzində ümumilikdə 76 matçda meydana çıxıb.
Milli.Az