Vəfaya toyda saxta 100 manat verdilər - (Video)

7 Sentyabr 2026 14:41

Müğənni Vəfa Şərifovanın toy məclislərindən birində başına maraqlı hadisə gəlib.

Milli.Az xəbər verir ki, ifaçı çıxışı zamanı ona verilən 100 manatlıq əskinasın saxta olduğunu sonradan müəyyənləşdirib. Vəfa Şərifova bununla bağlı "Instagram" hekayəsində paylaşıb.

Sənətçi saxta əskinasın görüntüsünü yayımlayaraq bu sözləri yazıb:

"Yəqin ki, hansısa toyda verilib. Buna bax e, etibarsızdır. Yazıqlar olsun. Mənə bunu kim verdi?"

Vəfa daha sonra həmin saxta 100 manatı oğlu Məhəmmədə verərək onunla zarafat edib.

Müğənninin paylaşdığı görüntülər sosial şəbəkələrdə yayılıb və izləyicilər arasında gülüşlə qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)