Seda Sayan 7 milyon manat qazanacaq

7 Sentyabr 2026 14:24

Türkiyəli müğənni Seda Sayan reklam layihələrindən əldə edəcəyi yüksək qonorarla gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 4 fərqli markanın reklamında yer alaraq kamera qarşısına keçəcək.

Bildirilib ki, Seda Sayan hər bir reklam layihəsinə görə 50 milyon lirə qonorar alacaq. Beləliklə, müğənninin 4 reklamdan ümumilikdə 200 milyon lirə, yəni 7 milyon manatdan çox gəlir əldə edəcəyi gözlənilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)