Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinə yeni sədr təyin olunub.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)