İndoneziyanın Mərkəzi Papua əyalətində bazarda baş verən güclü yanğın nəticəsində 11 nəfər həyatını itirib.
Milli.Az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Məlumata əsasən, ölənlər arasında 6 uşaq da var.
Gecə saatlarında başlayan yanğın qısa müddətdə ətrafdakı ticarət obyektlərinə də keçib. Nəticədə 40-a yaxın tikili tamamilə yanıb.
Yanğın yerli vaxtla saat 03:30 radələrində nəzarətə götürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)